Azərbaycan, Bakı, 5 sentyabr / Trend, müxbir İ.İzzət /
Paytaxtda Bakı şəhər sakini idarə etdiyi avtomaşını beton dirəyə vurub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 5-də saat 04.10 radələrində paytaxtın Nizami rayonu Babək prospektində Bakı şəhər sakini Elnur Mahmudov idarə etdiyi "Opel" matkalı avtomaşını yolun kənarındakı beton dirəyə vurub.
Nəticədə Elnur Mahmudov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.