...

Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan ölüb

Hadisə Materials 9 Sentyabr 2013 10:49 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan dünyasını dəyişib.
Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan ölüb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, N saylı hərbi hissənin əsgəri Bəbişov Namiq Əlibala oğlu təhlükəsizlik qaydalarını pozaraq şəxsi ehtiyatsızlıq nəticəsində patronun gülləsinin partlaması ilə ağır xəsarət alıb və dünyasını dəyişib.

Müdafiə Nazirliyi əsgərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti