...

Bakıda tank əleyhinə mina tapıldı

Hadisə Materials 10 Sentyabr 2013 15:45 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur.
Bakıda tank əleyhinə mina tapıldı

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakının Qaradağ rayonunda tank əleyhinə mina aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur.

FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə lazımi təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 1 ədəd UTM-57 markalı tank əleyhinə təlim minasıdır. Aşkar edilmiş hərbi sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib.

Əraziyə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti