...

Vaşinqtonda atışma zamanı ən azı 12 nəfər həlak olub

Hadisə Materials 17 Sentyabr 2013 00:45 (UTC +04:00)
ABŞ hərbi dəniz qüvvələrinin obyektində atəş zamanı ən azı 12 nəfər həlak olub.
Vaşinqtonda atışma zamanı ən azı 12 nəfər həlak olub

Azərbaycan, Bakı, 17 sentyabr / Trend /

ABŞ hərbi dəniz qüvvələrinin obyektində atəş zamanı ən azı 12 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Vaşinqtonun meri Vinsent Qrey deyib.

"Cinayətin səbəbi hələlik məlum deyil", - mer əlavə edib.

Bundan öncə ABŞ HDQ-nin binaların Vaşinqtondakı kompleksində üç nəfərin iştirak etdiyi atışmada ən azı dörd nəfər həlak olub və 12 nəfər yaralanıb. RİA Novosti agentliyinin məlumatına görə, Washington Post qəzeti xəbər verir.

Yerli polis nümayəndəsinin sözlərinə görə, atəş açanların bir "mühasirəyə alınıb", digər iki nəfəri güc strukturlarının əməkdaşları axtarırlar.

Bundan əvvəl bir nəfər atəş açan - qara dərili kişi haqqında qeyd olunub ki, o, avtomatik tüfəng və tapança ilə, kompleksin binalarından birində səngərlənib.

Xəbər lenti

Xəbər lenti