...

“Bakıelektrikşəbəkə” ASC-nin işçisi təmir işləri zamanı ölüb

Hadisə Materials 17 Sentyabr 2013 13:26 (UTC +04:00)
“Bakıelektrikşəbəkə” ASC-nin işçisi təmir işləri aparan zaman ölüb.
“Bakıelektrikşəbəkə” ASC-nin işçisi təmir işləri zamanı ölüb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İzzət/

"Bakıelektrikşəbəkə" ASC-nin işçisi təmir işləri aparan zaman ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-da paytaxtın Nizami rayonu Kamil Balakişiyev küçəsində Elxan İsayev elektrik dirəyində təmir işləri apararkən yıxılıb. Ciddi xəsarət alan İsayev xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Elxan İsayev "Bakıelektrikşəbəkə" ASC-də elektrik vəzifəsində işləyirmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti