...

Maştağa sakini qohumunu qətlə yetirib

Hadisə Materials 24 Sentyabr 2013 10:06 (UTC +04:00)
Bakının Maştağa qəsəbəsində qətl hadisəsi törədilib.
Maştağa sakini qohumunu qətlə yetirib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakının Maştağa qəsəbəsində qətl hadisəsi törədilib.

Sabunçu Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 23-də saat 23:00 radələrində Maştağa qəsəbəsi Həzi Aslanov küçəsi ev 16 ünvanının qarşısında 1985-ci Xudabaxşiyev Əli Firuz oğlu qohumu 1983-cü il təvəllüdlü Baxşiyev Vüqar Vaqif oğlunu şəxsi münaqişə zəminində bıçaqla vuraraq qətlə yetirib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Xudabaxşıyev artıq saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cİnyaət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti