...

Bakı metrosunda oğru tutulub

Hadisə Materials 8 Oktyabr 2013 12:03 (UTC +04:00)
Bakı Metropoliteninin ərazisində oğru tutulub.
Bakı metrosunda oğru tutulub

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Bakı Metropoliteninin ərazisində oğru tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 7-də Xırdalan şəhər sakini Ramin Əsgərov Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasının keçidində bir nəfərin ona məxsus ticarət köşkündən pul oğurladığına dair metropolitenin Polis Şöbəsinin əməkdaşlarına müraciət edib. Müraciətə operativ reaksiya verən polislər həmin şəxsi dərhal tutaraq saxlayıblar.

Məlum olub ki, həmin şəxs Gəncə şəhər sakini İlqar Əliyevdir. O, köşkdən 52 manat oğurlamaqda ittiham edilir.

Qeyd edək ki, İlqar Əliyev əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti