...

Orxan Zeynalova qətl üzrə ittiham irəli sürülüb

Hadisə Materials 18 Oktyabr 2013 19:53 (UTC +04:00)
Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Orxan Zeynalova ittiham irəli sürülüb.
Orxan Zeynalova qətl üzrə ittiham irəli sürülüb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Orxan Zeynalova ittiham irəli sürülüb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Orxan Zeynalova qətlə yetirmə üzrə ittiham irəli sürülüb. Müstəntiqlər O.Zeynalovu qətl törətməkdə ittiham ediblər.

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti