...

Filippində güclü qasırğa qurbanlarının sayı 100 nəfərdən çox olub

Hadisə Materials 9 Noyabr 2013 06:03 (UTC +04:00)
"Yolanda" (beynəlxalq təsnifatı üzrə "Xayyan") supertayfunun qurbanlarının sayı yüz nəfərdən çox olub.
Filippində güclü qasırğa qurbanlarının sayı 100 nəfərdən çox olub

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

"Yolanda" (beynəlxalq təsnifatı üzrə "Xayyan") supertayfunun qurbanlarının sayı yüz nəfərdən çox olub. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə regional elektron KİV-ləri məlumat veriblər.

Yalnız Leyte əyalətinin Takloban və Palo şəhərlərində onlarla insan həlak olub, GMA News agentliyinin yerli müxbiri bu barədə məlumat verib.

"Demək olar ki, Taklobanda bütün evlər dağılıb, yalnız bir neçəsi qalıb, lakin onlar da zədələnib. Bizim əməkdaşlarımız qurbanların sayını hələlik açıqlaya bilmir, çünki əlaqə yoxdur", - milli mülki müdafiə idarəsinin rəsmi nümayəndəsi mayor Rey Balido bildirib.

Artıq məlumdur ki, turistlər arasında populyar olan Palavan adası əsas diqqətəlayiq yerlərdən biri Tapyas dağında yerləşən və "Yolanda" tərəfindən yıxılan nəhəng xaçdan məhrum olub.

Filippin meteoroloqların məlumatına görə, hazırda qasırğanın "gözü" bir qədər zəifləyib və indi külək saatda 175 kilometr sürətlə əsir. Gözlənilir ki, "Yolanda" şənbə günü Filippin ərazisini tərk edəcək və Vyetnam istiqamətində hərəkətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti