...

Azərbaycanın müxtəlif bölgələrində yol qəzaları olub

Hadisə Materials 11 Noyabr 2013 13:22 (UTC +04:00)
Noyabrın 10-da saat 23.00 radələrində Ağcabədi rayonunun “Taxta Körpü” adlandırılan ərazisində Laçın rayon sakinləri Şərəfxan Əhmədovun idarə etdiyi “VAZ-21011” və Şirxan Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Azərbaycanın müxtəlif bölgələrində yol qəzaları olub

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Noyabrın 10-da saat 23.00 radələrində Ağcabədi rayonunun "Taxta Körpü" adlandırılan ərazisində Laçın rayon sakinləri Şərəfxan Əhmədovun idarə etdiyi "VAZ-21011" və Şirxan Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Xəsarət almış Ş.Əhmədov hadisə yerində ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, digər bir yol qəzası noyabrın 10-da saat 21.00 radələrində Qusar rayonu Yeni Tahircal kəndi ərazisində baş verib.

Müəyyən edilməmiş avtomobillə Samur qəsəbə sakini Finəddin Ağabəyov vurulub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib.

Sabunçu rayonu ərazisində də müəyyən edilməmiş avtomobillə qəsəbə sakini İbrahim Mehdizadə vurulub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti