...

Türkiyədə tələbələri daşıyan mikroavtobus aşıb: 1 ölü, 16 yaralı

Hadisə Materials 11 Noyabr 2013 14:21 (UTC +04:00)
Türkiyənin Manisa şəhərində universitet tələbələrini daşıyan mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
Türkiyədə tələbələri daşıyan mikroavtobus aşıb: 1 ölü, 16 yaralı

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Türkiyənin Manisa şəhərində universitet tələbələrini daşıyan mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Cəlal Bayar Universitetinin tələbələrini daşıyan mikroavtobus Manisa-Menemen yolunun 14-cü km-də yoldan çıxaraq aşıb. Qəza nəticəsində tələbələrdən biri hadisə yerindəcə dünyasını dəyişib. 1-i ağır olmaqla 16 tələbə isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti