...

Məhkumun yeməyin içində telefon keçirmək cəhdi baş tutmadı (FOTO)

Hadisə Materials 22 Noyabr 2013 14:48 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Məhkumun yeməyin içində telefon keçirmək cəhdi baş tutmadı (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında cəza çəkən 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2; 221.2; 66.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Teymur Cəfər oğlu Sultanovun etapla müəssisəyə daxil olan zaman üzərinə və əşyalarına baxış keçirilərkən plastık kapron qabda olan toyuq ətindən hazırlanmış yeməyin içərisində, toyuq ətinin dərisinə bükülərək gizlədilmiş bir ədəd qara rəngli "Nokia-1800" markalı mobil telefon aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti