Azərbaycan, Bakı, 1 dekabr /Trend/
Gəncə Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinə dünən axşam saatlarında Gəncə Beynəlxalq Hava Limanında bomba qoyulması barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Limanın bütün ərazisi Daxili Qoşunların minatəmizləmə qrupu tərəfindən yoxlanılıb və heç bir partlayıcı qurğu aşkarlanmayıb.
Əməliyyat 02:30 radələrində sona çatıb və səhər saatlarından liman normal iş fəaliyyətini bərpa edib.
Hava limanına bomba qoyulması barədə məlumat vermiş şəxs Gəncə şəhər sakini 32 yaşlı Anar Həsənov olub. Onun spirtli içki və ya narkotik aludəçisi olduğu ehtimal edilir.