Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Azərbaycanda Rusiya və Gürcüstan vətəndaşları dəm qazından zəhərləniblər.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov rayonu yaşayan Rusiya Federasiyası vətəndaşı, azyaşlı Fatima Aliyeva mənzilində dəm qazından zəhərlənərək ölüb.
Digər bir dəm qazından zəhərlənmə hadisəsi isə Sabunçu rayonunda baş verib. Beləki rayonda yaşayan Gürçüstan vətəndaşı Ramiz Orucov mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.