Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İzzət/
Türkan qəsəbə sakininə məxsus qarajda avtomat silah aşkar edilərək götürülüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Türkan qəsəbə sakini Fərağa İbrahimova məxsus qaraja baxış zamanı oradan "AK" silahı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.