Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/
Bakıda evdən sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ.Aslanov küçəsində yaşayan Məhsəti Həsənovanın evində axtarış aparılıb. Axtarış zamanı evdən sənədsiz 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.