...

Dovğa qabına doldurulmuş mürəbbənin içindən mobil telefon çıxdı

Hadisə Materials 8 Fevral 2014 14:40 (UTC +04:00)
2 və 3 saylı İstintaq təcridxanalarında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
Dovğa qabına doldurulmuş mürəbbənin içindən mobil telefon çıxdı

Azərbaycan, Bakı, 8 fevral /Trend/

2 və 3 saylı İstintaq təcridxanalarında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29; 120.2.11; 181.2.1; 181.2.2; 181.2.4; 181.2.5; 317-2.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Orxan Əmirxan oğlu Xəlilzadənin üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Pərviz Fehruz oğlu Yolçuyevin üzərinə baxış keçirilən zaman əynindəki şalvarın cibindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və iki ədəd sındırılmış "Nar" nömrə aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Əvəz Kərim oğlu Əliyevin üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman, çantasındakı "Atena" dovğa qabına doldurulmuş mürəbbənin içində sellofana bükülüb gizlədilmiş 1 (bir) ədəd "Kenxinda" markalı mobil telefon aparatı və iki ədəd sındırılmış "Nar" nömrə aşkar edilərək götürülüb.

Hər üç fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti