...

Bakıda üç maşın toqquşub, ölən və xəsarət alan var

Hadisə Materials 3 Mart 2014 04:38 (UTC +04:00)
Bakıda üç maşın toqquşub, ölən və xəsarət alan var.
Bakıda üç maşın toqquşub, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 3 mart /Trend/

Bakıda üç maşın toqquşub, ölən və xəsarət alan var.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki,
Bakı şəhəri, Xəzər rayonunda "Opel", "VAZ" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Nəticədə, nəqliyyat vasitələri ağır deformasiyaya uğrayıb, 2 azyaşlı xəsarət alıb, şəxsiyyətləri məlum olmayan 2 nəfər isə aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində həlak olublar.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış zərərçəkmişləri və cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xəbər lenti

Xəbər lenti