...

Penitensiar xidmətin müəssisələrində məhkum yanına gəlmiş şəxslərdən qadağan olunmuş əşyalar götürülüb

Hadisə Materials 17 Mart 2014 13:14 (UTC +04:00)
Penitensiar xidmətin Bakı və Şəkidəki müəssisələrində məhkum yanına gəlmiş şəxslərdən qadağan olunmuş əşyalar götürülüb.
Penitensiar xidmətin müəssisələrində məhkum yanına gəlmiş şəxslərdən qadağan olunmuş əşyalar götürülüb

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin Bakı və Şəkidəki müəssisələrində məhkum yanına gəlmiş şəxslərdən qadağan olunmuş əşyalar götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nəzakət Eynulla qızı Nəsirovanın yanına qısa müddətli görüşə gəlmiş qızı Günel İbrahimxəlil qızı Nəsirovanın üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı ona məxsus əl çantasının içərisində 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı, 1 (bir) ədəd mobil telefon batareyası və 1 (bir) ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Nəzakət Nəsirova Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3; 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Vasif Vaqif oğlu Salmanovun yanına qısa müddətli görüşə gəlmiş bacısı Gültəkin Vaqif qızı Maqsudovanın üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasının içərisində 1 (bir) ədəd "Cin" və 1 (bir) ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

Vasif Salmanov Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Taleh İmayəddin oğlu Aslanovun yanına qısa müddətli görüşə gəlmiş qonşusu Səfər Ağa oğlu İbrahimovun üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əynində olan pencəyin cibindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Taleh Aslanov Cinayət Məcəlləsinin 144.2.3 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Faktlar üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti