...

Ananın məhkum qızına danışıq kartı ötürmək üsulu işə yaramadı

Hadisə Materials 20 Mart 2014 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart /Trend/

Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1; 238.1; 93.1.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Aynurə Rüstəm qızı Məmmədovanın yanına qısamüddətli görüşə gəlmiş anası Sedkubra Abdulla qızı Məmmədovanın üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı alt paltarının içərisində gizlədilmiş bir ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Zaur Nizami oğlu Verdiyevin yanına qısamüddətli görüşə gəlmiş Rəhilə Sahib qızı Almuradovanın üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasının içərisində daxilində danışıq kartı olmayan bir ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti