...

İranda casusluqda ittiham olunan qruplaşma zərərsizləşdirilib

Hadisə Materials 7 Aprel 2014 17:48 (UTC +04:00)
İranın Xuzistan əyalətində xarici kəşfiyyata bağlılığı olan silahlı qruplaşma zərərsizləşdirilib.
İranda casusluqda ittiham olunan qruplaşma zərərsizləşdirilib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Cəfərov/

İranın Xuzistan əyalətində xarici kəşfiyyata bağlılığı olan silahlı qruplaşma zərərsizləşdirilib. Bu barədə Trend İranın "Pishraft press" xəbər saytına istinadən məlumat verir.

Məlumata əsasən, silahlı qruplaşmanı İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) qüvvələri zərərsizləşdirib.

Qruplaşmadan partlayıcı maddələr, yapışan bombalar, gizli əlaqələr yaratmaq üçün qurğular, mobil telefonlar və digər vasitələr müsadirə olunub.

Məlumatda qrup üzvlərinin sayı göstərilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti