...

İranın Cənubi Xorasan əyalətində sel 2 nəfərin ölümünə səbəb olub

Hadisə Materials 3 May 2014 11:11 (UTC +04:00)
İranın Cənubi Xorasan əyalətinin Sərbişə şəhərində sel 2 nəfərin ölümünə səbəb olub.
İranın Cənubi Xorasan əyalətində sel 2 nəfərin ölümünə səbəb olub

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir T.Cəfərov/

İranın Cənubi Xorasan əyalətinin Sərbişə şəhərində sel 2 nəfərin ölümünə səbəb olub.

Trend-in İranın dövlət televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən verdiyi məlumata görə, ötən gün yağan güclü yağış Cənubi Xorasan əyalətinin bir neçə böləgəsində, xüsusi ilə Sərbişə şəhərində sel və daşqınların baş verməsinə səbəb olub.

Sel və daşqınlar nəticəsində 10-15 kənddə evlərə və bağlara ziyan dəyib.

Iki nəfər ölüb, 32 nəfəri xilas etmək mümkin olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti