Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İzzət/
Tovuz rayon sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaraxanlı kənd sakini İlqar Namazov saxlanılıb. Onun Dondar-Quşçu kəndinin ərazisində içarə götürdüyü yeməkxanada gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Qeyd edək ki, İ.Namazov əvvəllər məhkumluq həyatı yaşayıb.