...

Bakı sakininin 10 min manatını mənimsəməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 21 May 2014 10:08 (UTC +04:00)
Bakı sakininin 10 min manat pulunu mənimsəməkdə şübhəli bilinən şəxs tutulub.
Bakı sakininin 10 min manatını mənimsəməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

Bakı sakininin 10 min manat pulunu mənimsəməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2013-cü il sentyabrın 11-də Bakı şəhər sakini Elxan Qəniyev ərizə ilə Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci polis bölməsinə (PB) müraciət edərək bildirib ki, 2012-ci ilin fevral ayında Tərlan Həsənov onun etibarından sui-istifadə edərək 10 min manat alaraq qaytarmayıb.

Bakı Şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən T.Həsənov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti