Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/
"Bakıelektrikşəbəkə" ASC-yə məxsus stansiyanın tikintisində ölüm baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 21-də Binəqədi rayonu ərazisindəki "Bakıelektrikşəbəkə" ASC-yə məxsus stansiyanın tikintisim zamanı ölüm faktı baş verib. Stansiyanın tikintisində fəhlə işləyən Cəlilabad rayon sakini Ülvi Həsənovu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.