...

Bakı sakini avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verib

Hadisə Materials 12 İyun 2014 15:35 (UTC +04:00)
Bakı şəhər sakininin avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verməsi müəyyən edilib.
Bakı sakini avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakininin avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 10-da Göyçay rayonunun Potu kəndinin ərazisindən Bakı şəhər sakini Hüseyn Səfərova məxsus "Renault" markalı avtomobilin qaçırılması barədə verilmiş məlumatla əlaqədar Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı H.Səfərovun avtomobili "Şirvan" su kanalına aşırması və avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti