...

Sabirabadda külli miqdarda çətənə kolu və marixuana aşkar edilib

Hadisə Materials 12 İyun 2014 15:41 (UTC +04:00)
Sabirabad rayon sakininə məxsus həyətyanı sahədən çətənə kolu yığılaraq məhv edilib.
Sabirabadda külli miqdarda çətənə kolu və marixuana aşkar edilib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Sabirabad rayon sakininə məxsus həyətyanı sahədən çətənə kolu yığılaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Cəlal Mirzəyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 24 kiloqram 640 qram olan 25 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Eləcə də C.Mirzəyevin evinə baxış zamanı 4 kiloqram 345,402 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti