Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Ordusunun 18 yaşlı əsgəri həlak olub.
Trend-in məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəsində avtomat silahdan açılan atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri Tərlanlı Sahil Yaşar oğlu aldığı güllə yarasından həlak olub.
Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyib və bildiriblər ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Tərlanlı Sahil Yaşar 1996-cı ildə Ağsu rayonunda anadan olub, həqiqi hərbi xidmətə də Ağsu rayonundan çağırılıb.