Azərbaycan, Bakı, 16 avqust /Trend/
Qadınları fahişəliyə cəlb edən Ağdam sakini saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Toğrul Ələsgərovun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi və Yasamal rayonu ərazisindəki mənzillərdən birində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.