...

Ağcabədidə ağır yol qəzası olub, iki nəfər ölüb

Hadisə Materials 25 Avqust 2014 09:35 (UTC +04:00)
Ağcabədidə ağır yol qəzası baş verib.
Ağcabədidə ağır yol qəzası olub, iki nəfər ölüb

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Ağcabədidə ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ" markalı minik avtomobilinin sürücüsü yaralı, 2 nəfər sərnişini isə qəza nəzticəsində vəfat edərək deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü və 2 nəfər sərnişinin cəsədini avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti