Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/
Goranboy rayonunda qadına bıçaqla xəsarət yetirmiş şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 26-da Goranboy rayonunun Rus-Borisi kəndinin meşə zolağında rayon sakinləri İmamverdi Xəlilov və Sabir Alxasov həmyerliləri Elnarə Əliyevaya bıçaqla xəsarət yetiriblər.
Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Xəlilov və S.Alxasov tutulublar.