...

Bərdə sakini Lənkəranda ağdamlını qətlə yetirib

Hadisə Materials 8 Sentyabr 2014 13:37 (UTC +04:00)
Lənkəran rayonunun Göyşaban kəndində münaqişə zəminində Ağdam rayon sakininə bıçaqla xəsarət yetirmiş şəxs tutulub.
Bərdə sakini Lənkəranda ağdamlını qətlə yetirib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/

Lənkəran rayonunun Göyşaban kəndində münaqişə zəminində Ağdam rayon sakininə bıçaqla xəsarət yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da Lənkəran rayonunun Göyşaban kəndində Bərdə şəhər sakini Fərid Məmmədzadə münaqişə zəminində Ağdam rayon sakini Tural Qasımova bıçaqla xəsarət yetirib. T.Qasımov aldığı xəsarətdən hadisə yerində ölüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məmmədzadə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti