...

Şəmkirli qadın həmcinslərini fahişəliyə cəlb edirmiş

Hadisə Materials 30 Sentyabr 2014 13:37 (UTC +04:00)
Şəmkir rayon sakininin qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Şəmkirli qadın həmcinslərini fahişəliyə cəlb edirmiş

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Şəmkir rayon sakininin qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini Qəndab Məmmədova saxlanılıb. Onun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti