...

Bakıda xadimə işlədiyi evdən 30 min manat pul oğurlayıb

Hadisə Materials 13 Oktyabr 2014 13:36 (UTC +04:00)
Bakıda qadın işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinir.
Bakıda xadimə işlədiyi evdən 30 min manat pul oğurlayıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda qadın işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinir.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 3-də, Badamdar qəsəbəsində yaşayan Anarə Məmmədova ərizə ilə Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, avqustun 27-dən sentyabrın 1-dək olan müddətdə evində xidmətçilik edən Sevda adlı qadın seyfi öz açarı ilə açaraq 30 min manat oğurlayıb.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Sevda Allahverdiyeva tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti