Yoldan keçən şəxs rəfiqəsi ilə dalaşan kişini ölümcül döyüb

Hadisə Materials 15 Oktyabr 2014 10:31 (UTC +04:00)
Moskvada küçədə yoldan keçən şəxs rəfiqəsi ilə dalaşan kişini ölümcül döyüb.
Yoldan keçən şəxs rəfiqəsi ilə dalaşan kişini ölümcül döyüb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Moskvada küçədə yoldan keçən şəxs rəfiqəsi ilə dalaşan kişini ölümcül döyüb. Trend xəbər verir ki, bu barədə "İnterfaks"a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Çərşənbə axşamı saat 18:00 radələrində 46 yaşlı moskvalı öz tanışı ilə restorandan çıxdıqdan sonra aralarında mübahisə yaranır.

Bu zaman naməlum bir şəxs onlara yaxınlaşır və kişiyə əl və ayaqları ilə bir neçə zərbə endirir. Bundan sonra o qaçıb gözdən itir. Aldığı zədələrdən kişi hadisə yerində ölür.

Moskva polisinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti