...

Gəncədə qadın öz mənzilində yandırılıb

Hadisə Materials 7 Noyabr 2014 14:14 (UTC +04:00)
Gəncə şəhərində qadın öz mənzilində yandırılıb. Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib və 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.
Gəncədə qadın öz mənzilində yandırılıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Gəncə şəhərində qadın öz mənzilində yandırılıb. Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib və 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.

Gəncə ŞBPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti