...

"Bakıelektrikşəbəkə"yə məxsus yarımstansiyada yanğın olub

Hadisə Materials 12 Noyabr 2014 09:29 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" ASC-yə məxsus yarımstansiyada yanğın baş verib.
"Bakıelektrikşəbəkə"yə məxsus yarımstansiyada yanğın olub

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"Bakıelektrikşəbəkə" ASC-yə məxsus yarımstansiyada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda "Bakıelektrikşəbəkə" ASC-yə məxsus 214 saylı yarımstansiyanın ərazisində yerləşən ümumi sahəsi 200 kv.m olan tikilinin içərisində quraşdırılmış gücü 6 kVt olan transformatorun çıxış kabeli 1 p.m yanıb. Transformator yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti