Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda Ukrayna vətəndaşına zor tətbiq edən Kürdəmir sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Ukrayna vətəndaşı Nadejda Liaşevaya zor tətbiq edib içərisində 57 manatı, mobil telefonu və sənədi olan çantasını almış Kürdəmir rayon sakini Xalid İsmayılov tutulub.