Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İzzət/
15 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rauf Nüsrət oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş atası - Lənkəran şəhər sakini vətəndaş Nüsrət Faiq oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı plastik qabda olan gilənar mürəbbəsinin içərisindən 6 ədəd bükülüdə xalis çəkisi 0,811 qram olan narkotik vasitə - heroin, 0, 685 qram narkotik vasitə - tiryək və 0,2 qram narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, R.Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.