...

Qohumu qadının avtomobilini qaçıraraq əzib

Hadisə Materials 14 Yanvar 2015 13:12 (UTC +04:00)
Bakıda 28 yaşlı gənc qohumunun avtomobilini qaçıraraq əzib.
Qohumu qadının avtomobilini qaçıraraq əzib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda 28 yaşlı gənc qohumunun avtomobilini qaçıraraq əzib.

Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də rayonun Bakıxanov qəsəbəsində Mətanət Rəhimovaya məxsus "KİA" markalı avtomobil qaçırılıb. Avtomobil Sabunçu rayonu ərazisində əzilmiş vəziyyətdə tapılıb. Avtomobilin zərərçəkənin qohumu 28 yaşlı Hacı Kərimov tərəfindən qaçırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti