Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/
Səbail rayonu ərazisində 60-65 yaşlı kişi meyiti tapılıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 15-də Səbail rayonunun M.Hüseyn küçəsi, ev 47-nin qarşısında üzərində zorakılıq əlamətləri görünməyən 60-65 yaşlı kişi meyiti tapılıb.
Faktla əlaqədar araşdırmalar aparılır.