...

DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb

Hadisə Materials 17 Yanvar 2015 14:01 (UTC +04:00)
Sumqayıt şəhərində qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib.
DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhərində qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 16-da saat 18 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində yerləşən avtomobillərin təmiri sexinin yaxınlığından keçən qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib.

Nəticədə sexin dam örtüyü uçub, orada olan 3 avtomobilə qismən ziyan dəyib, yanıq xəsarətləri almış şəhər sakinləri Emin İmanquliyev və Azər Məmmədov xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti