...

Bakıdan Yevlaxa 41 dilənçi göndərilib

Hadisə Materials 19 Yanvar 2015 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda avaralıq və dilənçiliklə məşğul olan daha 41 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis bölməsi əməkdaşları tərəfindən avaralıq və dilənçilik edən 41 nəfər saxlanılıb və yaşadıqları Yevlax rayonuna göndəriliblər. Onlardan 20-si qadın, 5-i kişi və 16-sı azyaşlı olub.

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən Bakıda avaralıq və dilənçilik edən 200-dən çox adam saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti