...

Polis iki nəfəri sənədsiz silahla tutdu

Hadisə Materials 21 Yanvar 2015 13:37 (UTC +04:00)
Lənkəran və Cəlilabad rayon sakinlərindən müvaviq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Polis iki nəfəri sənədsiz silahla tutdu

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Lənkəran və Cəlilabad rayon sakinlərindən müvaviq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Şükür Əliyevdən müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 patron götürülüb.

Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bəcrəvan kənd sakini Rahat Babayevdən müvafiq sənədləri olmayan 1 ədəd nomrəsi silinmiş ov tüfəngi götürülüb.

Hər iki faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti