...

Ağdaşda yol qəzası: ölən və yaralanan var

Hadisə Materials 4 Fevral 2015 10:01 (UTC +04:00)
Ağdaşda minik və yük avtomobilləri toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Ağdaşda yol qəzası: ölən və yaralanan var

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Ağdaşda minik və yük avtomobilləri toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Ağdaş rayonu ərazisində "Mercedes" markalı minik avtomobili ilə "İveco" markalı yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü bədən xəsarətləri alıb və şəxsiyyəti məlum olmayan 1 nəfər qadın hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və meyiti çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 07:45-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti