...

Cəzaçəkmə müəssisələrinə telefon axını (FOTO)

Hadisə Materials 4 Fevral 2015 18:37 (UTC +04:00)
7 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Cəzaçəkmə müəssisələrinə telefon axını (FOTO)

Azərbaycan, Bakı, 4 fevral /Trend/

7 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Famil Şamil oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Rəfiqə Məhəmməd qızı Atakişiyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı əl çantasından 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 1 ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, F.İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1; 29,177.1; 29,177.2.2; 66.3 və 66.5-ci maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,214.2.1; 29,214.2.3; 228.3; 232.3.1; 279.1; 29,279.2; 32.4,338.1 və 66.3-cü maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kamran Fərid oğlu Babayevin yanına qısamüddətli görüşə gəlmiş oğlu, Bakı şəhər sakini Abubəkir Kamran oğlu Babayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman ağ sellofan paketin içərisində olan qutabların altında gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan 1 ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti