...

Tortdan telefon çıxdı (FOTO)

Hadisə Materials 11 Fevral 2015 13:17 (UTC +04:00)
Bakıda istintaq təcridxanasında saxlanılan qadına gətirilən tortun altından telefon çıxdı.
Tortdan telefon çıxdı (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda istintaq təcridxanasında saxlanılan qadına gətirilən tortun altından telefon çıxdı.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Hicran Rəcəb oğlu Xalıqova Xırdalan şəhər sakini Natiq Zahid oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı içərisində tort olan qabın alt hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd "Samsung" markalı mobil telefon aparatı və 1 ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Hicran Xalıqova Cinayət Məcəlləsinin 234.1 maddəsinə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti