...

Gözəllik salonundan oğurluq edən qadın saxlanıldı (VİDEO)

Hadisə Materials 13 Mart 2015 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Paytaxtın Nizami rayonunda gözəllik salonundan keçən ilin sentyabr ayında oğurluq etmiş qadın saxlanılıb.

Trend Region TV-yə istinadən xəbər verir ki, Bakının Nizami RPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı ötən il törətdiyi oğurluq hadisəsinə görə axtarışda olan Bakı sakini, 33 yaşlı Aynur Əliyeva tutulub. Saxlanılan şəxs 2014-cü ilin 19 sentyabrında saat 16:00 radələrində Keşlə qəsəbəsində yerləşən gözəllik salonuna gələrək özünü müştəri kimi təqdim edib. Sonra həmin salonda işləyən İradə İsmayılovaya məxsus çantadan qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb. Aynur Əliyeva törətdiyi cinayət əməlindən yayınsa da, Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxalanaraq, istintaqa cəlb edilib.

İstintaq zamanı məlum olub ki, Aynur Əliyeva oğurladığı bir ədəd boyunbağı və bir ədəd klonu 1700 manata zərgərə satıb. Oğurlanmış qızıl-zinyət əşyaları əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişə qaytarılıb. Saxlanılan qadının törətdiyi oğurluqdan başqa, digər cinayət əməllərinin olub-olmaması Nizami RPİ-nin istintaq şöbəsində aparalınan araşdırmalardan sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti