...

30 yaşlı qadın etdiyi silsilə oğurluqlardan sonra tutuldu

Hadisə Materials 30 Aprel 2015 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda vətəndaşların evindən silsilə oğurluqlar etmiş 30 yaşlı qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və BŞBPİ Cinayət-Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 24-də Yasamal rayonu K.Kazımzadə küçəsində Allahyar Həsənovun evindən, pəncərədən keçməklə 450 manat pul oğurlamaqda şübhəli bilinən, barəsində Binəqədi rayon Polis İdarəsi İstintaq Şönəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılan Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Leyla Namiq qızı Abdullayeva tutulub.

Şübhəli şəxsin ətrafında keçirilən araşdırmalarla müəyyən olunub ki, ötən ilin sentyabrın 17-də Xəzər rayonu Şağan qəsəbəsi H.İsgəndərov küçəsində Fuad Dadaşova, noyabrın 18-də Şüvalan qəsəbəsi Sabir küçəsində Zülfüqar Babayevə, cari ilin fevralın 23-də Binə qəsəbəsi Bünyatzadə küçəsində Rafael Talıbova məxsus evlərdən qızlı-zinət əşyaları və 3000 manat nağd pulu açıq qapıdan, yaxud pəncərədən keçməklə gizli yolla talayaraq oğurluq, martın 2-də Binə qəsəbəsi Donuzçuluq sovxozunda yaşayan Rasib Ələkbərovun evində onun etibarından sui-istifadə edərək 3500 manat dəyərində qızıl-zinət əşyalarıni isə dələduzluq yolu ilə ələ keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti