...

Kanalda batan 15 yaşlı oğlanın cəsədi tapılıb (YENİLƏNİB)

Hadisə Materials 18 İyun 2015 02:34 (UTC +04:00)

Məlumat yenilənib (ilk xəbər saat 01:57-də yayılıb)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Kanalda batan 15 yaşlı yeniyetmənin cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, iyunun 17-si saat 18.50-də çimərkən üzə bilməməsi səbəbindən kanalda boğulmuş, Beyləqan rayonu, Qaradağlı kənd sakini, 2000-ci il təvəllüdlü Kazımov Sirac Silyan oğlunun cəsədi batdığı yerdən 700 metr aralıda xilasedicilər tərəfindən tapılaraq çıxarılıb.

Meyit hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti